Ermənistan “DQR”i tanımağa cəsarət etmədi
09 dekabr 2010 14:24 (UTC +04:00)

Ermənistan “DQR”i tanımağa cəsarət etmədi

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Respublika Partiyası, “Çiçəklənən Ermənistan” Partiyası və Orinats Yerkir Partiyasının deputatlarının əksəriyyəti səsvermədə iştirak etməyiblər.

Qanun layihəsinə yalnız İrs Partiyasının və Daşnaksütun Partiyasının 13 deputatı səs veriblər. Bu isə səsvermənin baş tutmaması deməkdir. Səsvermədən əvvəl hakim Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Qalust Saakyan çıxış edib. O bildirib ki, hazırkı məqamda “Dağlıq Qarabağ Respublikası”nı birtərəfli tanımaq Ermənistan prezidentinin ATƏT-in Minsk qrupu çərçivəsində keçirilən danışıqlardakı konstruktiv mövqeyinə uyğun deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar