Budapeştdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert keçirilib
Dekabrın 8-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Budapeştin mərkəzindəki “Duna Palota” konsert zalında Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert təşkil olunub.
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konsertdə Duna Simfonik Orkestri ilə birgə tanınmış pianoçu və bəstəkar, Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova çıxış edib.
Konsertdən öncə çıxış edən Azərbaycanın Macarıstandakı Səfiri Vilayət Quliyev deyib ki, böyük dövlət xadimi Heydər Əliyevin anım gününün məhz Azərbaycan və xarici bəstəkarların əsərlərindən təşkil olunmuş simfonik konsert şəklində qeyd edilməsi təsadüfi deyil. Səfir tarixin çox çətin sınaq anında Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin mədəniyyətin böyük dostu, yüksək musiqi duyumu və zövqü olan böyük şəxsiyyət olduğunu vurğulayıb.
Konsertin birinci hissəsində Duna Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra və Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, habelə macar bəstəkarı Ferens Listin “Prelüdləri” səsləndirilib. Konsertin ikinci hissəsində Yeganə Axundova Duna Simfonik Orkestrinin müşayiəti ilə rus bəstəkarı S. Raxmaninovun fortepiano və simfonik orkestr üçün “Paqanini mövzusunda rapsodiya”sını ifa edib.
Konsertdə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporu, macar elmi və musiqi ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28