İFESCCO-nun ekspertləri görüşdü
0
0
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Özbəkistan, Rusiya, Tacikistan və Ukrayna nümayəndə heyətləri, həmçinin MDB və İFESCCO təmsil olunub. Azərbaycan tərəfdən isə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli və Turizm şöbəsinin Daxili turizm sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov iştirak edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, iclas zamanı növbəti ilin MDB-də Tarixi-Mədəni İrs İli elan olunmasının nəzərə alınması şərti ilə İFESCCO-nun 2011-ci il üçün tədbirlər planı müzakirə olunub. Eyni zamanda, gələn ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılan maddi və qeyri-maddi mədəni irsə dair layihələr üçün müsabiqənin açıq qalmasına dair razılıq əldə olunub.
Xəyalə