Əli Həsənov: “Danışıqlar dalana dirənib”
“Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin aktivliyi müşahidə olunsa da, Ermənistanın qeyri-konstruktivliyi səbəbindən hər hansı bir nəticə yoxdur. Bu da danışıqların dalana dirəndiyini deməyə əsas verir”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Ə.Həsənov deyib ki, beynəlxalq ictimaiyyət son zamanlar münaqişənin həlli ilə bağlı məsələləri daha çox gündəmə gətirir: “ATƏT-in Astana samitində Minsk Qrupunun həmsədrləri problemin həlli prosesinin uzanmasından narahat olduqlarını bildiriblər. Ermənilərin əvvəl razılaşdırılmış məsələləri yenidən gündəmə gətirmələri, danışıqları uzatmaları göstərir ki, onlar münaqişənin həllinə sayğısız yanaşırlar. Azərbaycanın çağırışları da beynəlxalq aləmi narahat edir. Ermənilər işğal olunan ərazilərdə qeyri-qanuni məskunlaşdırmanı davam etdirir, tarixi adları dəyişməyə cəhd edirlər. Ermənistan parlamentinin qəbul etdiyi son biabırçı qərar – yəni separatçı rejimlərlə Ermənistan dövlətinin əlaqələrinin hüquqi qiymətə mindirilməsi cəhdləri - onların bir daha qeyri-konstruktivliyini və bu xətti davam etdirdiyini göstərir. Bu, BMT və ATƏT-in bu sahədə cəhdlərinə meydan oxumaqdır”.
PA rəsmisi qeyd edib kİ, Ermənistanın bu addımlarının hansı sonluqla yekunlaşacağını proqnozlaşdırmaq çətindir: “Azərbaycan dövləti bu vəziyyətə çox dözməyəcək. Bundan sonra danışıqların nəticəsizliyi müəyyənləşdirilsə, digər addımlara əl atılacaq”.
Bu addımların nədən ibarət olacağına gəlinə, Ə. Həsənov deyib ki, Azərbaycan torpaqlarını azad etmək üçün onun ixtiyarında olan və beynəlxalq hüququn ona imkan verdiyi bütün addımlardan istifadə etməyə çalışacaq”.

Oxşar yazılar
Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq - MÜSAHİBƏ - VİDEO
8 may 2025 , 22:43
Roma Papası ilk dəfə amerikalı seçildi: XIV Leo nə ilə məşhurdur? - ONU TANI
8 may 2025 , 22:01
Stalin Avropanı ələ keçirməyi planlaşdırıb və ABŞ-ı aldadıb - TARİXÇİ
8 may 2025 , 21:35
Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını etiraf etdi
8 may 2025 , 19:06
Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar - Arayikin MƏHKƏMƏSİ
8 may 2025 , 17:00
İsrail və Türkiyə nümayəndələri Bakıda görüşəcək
8 may 2025 , 00:03
Prezidentin Moskva səfəri niyə təxirə salındı? - SƏBƏBLƏR MƏLUM OLDU
7 may 2025 , 20:46