Ermənistan müdafiə xərclərini 15 milyon dollar artırdı
09 dekabr 2010 10:28 (UTC +04:00)

Ermənistan müdafiə xərclərini 15 milyon dollar artırdı

Lent.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistan dövlət başçısının və parlamentdə təmsil olunan Respublikaçılar Partiyasının təklifləri nəzərə alınmaqla müdafiə xərcləri 5,6 milyard dram və ya 15,56 milyon ABŞ dolları artırılıb. Bununla da Ermənistanın 2011-ci il üçün nəzərdə tutulan müdafiə xərcləri 145 milyard dram və ya 402,92 milyon dollar proqnozlaşdırılır.

Məsələ ilə bağlı Ermənistan parlamentində çıxış edən maliyyə naziri Tiqran Davatyan bildirib ki, bu addım Azərbaycanın müdafiə xərclərini artırması və sürətlə silahlanmasını neytrallaşdırmaq məqsədi ilə atılıb. Nazir 2011-ci ildə Ermənistanın müttəfiqlərinin imtiyazlı silah satışı proqramlarından da yararlanacağını vurğulayıb.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar