“Biz mütləq o torpaqlara qayıdacağıq”
08 dekabr 2010 16:00 (UTC +04:00)

“Biz mütləq o torpaqlara qayıdacağıq”

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Qərbi Azərbaycandan vəhşilik və zorla qovulmuş soydaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq arenada tanınması uğrunda başladığı mübarizədə yeni mərhələyə qədəm qoyub.

BDM mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Biz mütləq o torpaqlara qayıdacağıq” devizi altında qardaş Türkiyənin İqdır şəhərində görüşlər keçiriləcək.

Törənlər Azərbaycanın tanınmış simalarından olan Kərbəlayi İsmayılın, Cahandar ağanın oğlunun və başqalarının Daşburun kəndində qəbirlərinin ziyarəti ilə başlayıb. İqdırda soydaşlarımızın hüquqlarının beynəlxalq müstəviyə çıxardılmasına dəstək xarakterli konfrans keçiriləcək.

Nümayəndə heyətinə BDM-in rəhbəri İsmayıl Ağayev, millət vəkili Gülər Əhmədova, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, akademik Vəli Əliyev, tarixçi-araşdırmaçı Əziz Ələkbərli, tanınmış jurnalist Əvəz Zeynallı, Nurəddin Xoca və başqaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar