Türkiyəli nazir: “Ən böyük sərvətimizi ermənilərə etibar edirik”
Türkiyənin dövlət naziri, Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlar aparan nümayəndə heyətinin rəhbəri Egemen Bağış ermənilərlə bağlı diqqət çəkən bəyanat verib. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Egemen Bağış deyib ki, türklər ermənilərə etibar edirlər.
Dövlət naziri bunu sübut etmək üçün maraqlı bir məqama diqqət çəkib: “Ermənistanda mövcud olan iqtisadi problemlərə görə ermənilər miqrasiya edirlər. Türkiyəyə 70 min erməni gəlib. Türkiyədə 70 min erməninin qanunsuz işləməsinə göz yumuruq. Bu ermənilərin böyük əksəriyyəti də dayə işləyir. Biz ən böyük sərvətimizi – uşaqlarımızı erməni əsilli dayələrə etibar edirik. Əgər türklərin ürəyində ermənilərə nifrət varsa, onlar öz uşaqlarını erməni əsilli dayələrə necə etibar edə bilərlər?”
Türkiyə-Ermənistan münasibətləri, Sürixdə imzalanmış protokolların taleyinə gəlincə, Egemen Bağış vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliləyiş təmin edilməyənə qədər protokolların Türkiyə parlamentində ratifikasiyası mümkün deyil.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07