Azərbaycanla Türkiyə birgə hərbi texnika istehsal edəcək
08 dekabr 2010 12:19 (UTC +04:00)

Azərbaycanla Türkiyə birgə hərbi texnika istehsal edəcək

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Artıq birgə istehsal layihələrinə dair tərəflər arasında razılaşma əldə olunub. Zirehli texnikaların müştərək istehsalına dair Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin «Otokar» şirkəti arasında oktyabr ayının sonlarında niyyət protokolu imzalanıb. Razılaşma çərçivəsində hərbi texnikalar lisenziya əsasında və zəruri hissələri Türkiyədən idxal olunmaqla istehsal ediləcək.


Dekabrın sonlarında isə Azərbaycan və Türkiyə heyətləri arasında Bakıda müdafiə sənayesi sahəsində bəzi perspektiv layihələrin müzakirəsi gözlənilir.


Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə ilə müştərək olaraq bəzi atıcı silahların və döyüş sursatlarının istehsalını həyata keçirir.
# 586

Oxşar yazılar