Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının işinə qatılacaq
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının dekabrın 9-da keçiriləcək iclasında iştirak etməkdir.
Şuranın iclasında 18 məsələ müzakirə olunacaq.
Nazirlər dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına müzakirə olunacaq məsələlərə baxacaqlar. Qeyd olunan sənədlər iqtisadi və humanitar sahələrdə inteqrasiya proseslərinin aktivləşməsi, təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığa həsr olunub.
İqtisadi sahədə ən vacib sənədlər arasında azad ticarət zonası haqqında müqavilə layihəsi, 2011-ci ilin MDB-də Ərzaq Təhlükəsizliyinin Artırılması İli elan olunması məsələləridir.
Siyasi əməkdaşlıq sahəsində MDB ölkələrinin ATƏT çərçivəsində əməkdaşlıq haqqında qərar layihəsi, humanitar sahədə beynəlxalq gənclər əməkdaşlığı strategiyası və s. məsələlər müzakirə olunacaq.
Dövlət başçılarına imzalanmaq üçün 2015-ci ilə kimi hərbi əməkdaşlıq konsepsiyası, razılaşdırılmış sərhəd siyasətinin realizə olunması, “Dövlətlərarası axtarışda olan şəxslər haqqında Müqavilə” təqdim olunacaq.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53