Londonda yaşayan Azərbaycanlı gənclərlə görüş keçirilib
07 dekabr 2010 18:06 (UTC +04:00)

Londonda yaşayan Azərbaycanlı gənclərlə görüş keçirilib

Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft fondunun rəhbəri Şahmar Mövsümov, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkili Ceyhun Osmanlı, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsində sektor müdiri Həsən Məmmədzadə, “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nun sədri Orxan Əkbərovun təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Fransa və Böyük Britaniyada səfərdədir.

“İrəli” Gənclər Hərəkatının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq Parisdə öz işini uğurla başa vurmuş heyət Londonda “Royal Garden” hotelində Azərbaycanlı gənclərlə görüş keçirib.

Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da iştirak edib. Gənclərin böyük marağına səbəb olmuş görüşlər uğurlu keçib. Görüşlər zamanı “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nun sədri Orxan Əkbərov təşkilatın təqdimatını da edib. Rəsmilər tələbələri düşündürən bütün sualları cavablandırıb, müasir Azərbaycanda insan kapitalının formalaşmasında bu tələbələrin rolu və dövlətin bu sahəyə sistemli, ardıcıl və artan qayğısından bəhs ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782

Oxşar yazılar