Elçin Quliyevdən sərt bəyanat
“Son illər Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinə dövlət tərəfindən ayrılan vəsaitlər ən azından 20 dəfə artıb. Azərbaycan sərhəd mühafizəsini öz hesabına tam təmin edir. Bizim kənardan hansısa yardıma ehtiyacımız yoxdur”. APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev “Əvvəlki illərdə ABŞ Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinə yardım göstərib. Bu əməkdaşlıq indi də davam edirmi?” sualına cavabında bildirib.
DSX büdcəsinin artımının qarşıya qoyulan tapşırıqların icrasına imkan yaratdığını vurğulayan E. Quliyev bildirib ki, hazırda Azərbaycan qonşu ölkələrlə, o cümlədən Türkiyə ilə sıx əməkdaşlıq edir: “Son vaxtlar amerikalı diplomatların “Wikileaks” saytında dövlətimizə, dövlətçiliyimizə, dövlət başçımıza qarşı olan yalan və iftiralarla dolu məlumatları ilə yəqin ki, hamımız tanışıq. Belə məlumatları oxuduqdan sonra hansı əməkdaşlıqdan söhbət gedə bilər? Heç bir söhbət gedə bilməz. Bizim digər dövlətlərlə əməkdaşlığımız çox yüksək səviyyədədir. Xəzər sahili dövlətlərlə, o cümlədən də Avropanın bir çox dövlətləri ilə”.

597