Milli Qəhrəmanımız haqqında film çəkilir
İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyi şəhid gizir, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında sənədli film çəkir. Mübarizin həyatından və döyüş yolundan bəhs edən film üzərində iş artıq başa çatdırıb.
İctimai Televiziyadan Lent.az-a bildiriblər ki, filmin çəkilişləri qəhrəman gizirin xidmət etdiyi hərbi hissədə, onun doğulub boya-başa çatdığı Biləsuvar rayonunda aparılıb. Valideynləri və hərbçi dostları Vətən uğrunda həyatını qurban vermiş şəhid haqqında maraqlı xatirələr danışıblar. Filmdə aktyorların ifasında döyüş səhnələri canlandırılıb ki, bu da Mübarizin hünər və şücaəti barədə tamaşaçıda aydın təsəvvür yaratmağa xidmət edir.
Xatırladaq ki, İctimai TV-nin rəhbərliyinin təşəbbüsü və Müdafiə Nazirliyinin dəstəyi ilə qısa bir vaxtda çəkilmiş filmin ssenari müəllifi tanınmış telejurnalist Müsəllim Həsənov, rejissoru Rövşən Hüseynovdur.
Filmin avqustun 23-də nümayiş etdirilməsi nəzərdə tutulur.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07