Akif Aşırlı sərt danışdı
- Parlament seçkiləri yaxınlaşdıqca deputatlığa iddialı olan şəxslərin adı çəkilir. Sizin də seçkilərə qatılmağınız güman edilən 107 saylı Qazax seçki dairəsində artlq bir neçə nəfərin adı çəkilir...
- Parlament seçkisi dönəmlərində siyasi aktivliyin artması gözləniləndir. O ki qaldı sualınızın Qazaxla bağlı hissəsinə, sirr deyil ki, artıq iki seçkidir, buradan Səməd Vurğunun yadigarı, xalq şairi Vaqif Səmədoğlu deputat seçilirdi. Seçicilərə siyasi aktivlik göstərənlərin beyinlərinə yeridilən bir fikir vardı ki, Səməd Vurğunun yadigarı məhz Qazaxdan seçilməlidir. İndi Vaqif bəy namizədliyini irəli sürməyəcəyini söyləyib. Ona görə də açıq və gizli şəkildə iddiaçıların iradəsini ortaya qoyması təbii haldır. Ancaq bir şərtlə ki, sənin iddian imkanlarınla üst-üstə düşürmü, cəmiyyət səni tanıyırmı, tanıyırsa, necə tanıyır? Ömür boyu həyatını “şapka” əməliyyatlarına sərf edən, dilində bir Azərbaycan duası olmayanlar təbii ki, mübarizələrini də siyasi etikadan kənar, seçicini bazar münasibətləri elementinə çevirməklə aparmaq istəyir.
- Həmin dairədən olan hansı namizədə eyham vurursunuz?
- Mən ad çəkmək istəmirəm. Kim seçkiyə qatılmaq istəyirsə, bu, onun təbii hüququdur. O insanlar müəyyənləşdirsinlər ki, siyasi polemikaya, intellekt mübarizəsinə hazırdılarmı, Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmliyi üçün dünyagörüşə sahibdirlərmi?
Kim seçicini inandırmaq gücünə malikdirsə, seçkiyə qatılıb işini qursun. Seçkiyə qatılıb-qatılmayacağım barədə hələlik qərar vermədiyim halda mənə qarşı çıxanların fəaliyyətlərini hiss edirəm. Əndişələnənlər var. Seçkiyə start verilmədən öncə bəzi qəzetlərə «Şərq»in hər sayını təftiş edib, guya hakimiyyətin hansısa qanadının mətbu orqanı olması, ziyanlı təbliğat aparması haqqında fikirlər ötürürlər. Barəmdə etimadsızlıq imici yaratmaq absurddur. Çünki zaman-zaman bu cür rəy yaratmaq istəyənlərin əməyi nəticəsiz olub. «Azadlıq» qəzeti son sayında guya «Şərq»in politoloq Cümşüd Nuriyevin dili ilə guya Prezident Administrasiyasının rəhbərinin yaxın ətrafını dini sektaya xidmətdə ittiham etdiyini «məxsusi informasiya» kimi çatdırır. Halbuki «istinad edilən» yazı başqa aspektdə qələmə alınıb.
Bu fikirləri açıqlamaqda məqsədim odur ki, daim «şapka» əməliyyatında iştirak edib zəif düşünənlər seçkiyə qatılmaq üçün bir-iki «qələm adamını» yığıb, pul verib mənə qarşı ideoloji savaşa çıxıblar. İndidən belə bir kiçik mərkəzin yaradıldığından məlumatlıyam. Ad da çəkə bilərəm. Amma zamanı deyil. Onlara konkret tapşırıq verilib ki, hər gün «Şərq» qəzeti oxunsun, anti-tezislər hazırlansın və ideoloji baxımdan zərbələr endirilsin. Bilsinlər ki, bu, alınmayacaq. Ən azından ona görə ki, bu adamlar çox zəifdirlər.
- Seçkiyə qatılacaqsınızmı?
- Təbii ki, seçkiyə qatılmaq istəyirəm. Bu mənim arzularımdan biridir. Əgər bu dəfə seçkiyə qatılsam, deməli üçüncü dəfə olacaq ki, parlament mübarizəsində iştirak edirəm. Seçki təcrübəm, seçicilərlə iş qabiliyyətim, təbliğat imkanlarım və təvazökarlıqdan uzaq olsa da deməliyəm, seçicilər tərəfindən dəstəklənməyim, ziyalı elitanın açıq dəstəyi həmişə mənə uğur gətirib. 2005-ci il seçkilərinin nəticələrinə baxın. Amerikanın «Pa Qouuriment» təşkilatının keçirdiyi «exit-pol»un nəticələrinə görə, Vaqif Səmədoğlu ilə mənim aramda cəmi 8 faiz səs fərqi var. Bu nəticələr «Yeni Azərbaycan» qəzetində də dərc olunub. Bir şey var ki, V.Səmədoğlunu hakim partiya YAP bütün resurslarından istifadə edərək dəstəkləyirdi. Mən isə öz cüzi imkanlarım və kiçik seçki komandam ilə seçkiyə qatılmışdım. V.Səmədoğlundan o qədər də fərqlənməyən təbliğat üsulunu seçərək belə bir nəticə əldə etməyimin üzərində dayanmaq istəmirəm. Maddiyyata bağlanmayan bu imkanların kimdə qıcıq yaradırsa, bu başqa məsələdir. Uğursuz mübarizə yolu seçənlər bilsinlər ki, onların planları alınan deyil.

1058