Türkiyə prezidenti Allahşükür Paşazadə ilə görüşüb
17 avqust 2010 15:30 (UTC +04:00)

Türkiyə prezidenti Allahşükür Paşazadə ilə görüşüb

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdulla Gül avqustun 16-da onun üçün ayrılmış iqamətgahda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Prezident Abdulla Gül və şeyxülislam Allahşükür Paşazadə mübarək Ramazan ayı münasibətilə təbriklərini çatdırıblar.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
# 328

Oxşar yazılar