Abdulla Gül: “Türkiyə Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq”
Bakıda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdulla Gül avqustun 16-da Milli Məclisdə olub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Türkiyə Prezidenti Abdulla Gül arasında görüş olub.
Parlamentin sədri Oqtay Əsədov dost və qardaş ölkənin dövlət başçısı Abdulla Gülün Azərbaycana rəsmi səfərə gəlməsindən məmnun qaldığını bildirib. Milli Məclisin sədri deyib ki, eyni dilə, dinə, mədəniyyətə, soykökə malik olan xalqlarımız arasında münasibətlər ən yüksək səviyyədədir: “Bu cür səfərlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Ölkələrimiz arasında 148 mühüm sənəd imzalanıb. Bu gün isə strateji əməkdaşlığa dair yeni bir sənəd imzalandı. Bu, eyni zamanda, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının işinin daha da fəallaşmasına təkan verir. Azərbaycan və Türkiyə deputatları beynəlxalq təşkilatlar çərçivəsində də bir-birilərinə dəstək olurlar. Biz Strateji Əməkdaşlıq Şurasının yaradılması istiqamətində də işlərimizi davam etdiririk və düşünürəm ki, yaxın vaxtlarda məqsədimizə nail olacağıq. Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş zirvə toplantısında qəbul olunmuş qərarlar buna geniş imkanlar yaradır. Ötən il yaratdığımız Türkdilli Ölkələrin Parlament Assambleyası da bu baxımdan mühüm əhəmiyyət kəsb edir və inanırıq ki, biz öz məqsədlərimizə çatacağıq”
.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Türkiyə Prezidentinə bir daha minnətdarlıq edib və bildirib ki,
xalqımız bu mövqeyi yüksək qiymətləndirir.
Türkiyə Prezidenti Abdulla Gül Azərbaycana hər gəlişində müşahidə etdiyi dinamik inkişafdan, müsbət dəyişikliklərdən qürur duyduğunu bildirib. O deyib ki, ölkələrimiz arasındakı qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapır: “Mən bura gəlməmişdən əvvəl Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etdim. Burada Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş insanlar dəfn olunublar. Bu, o deməkdir ki, Azərbaycan-Türkiyə qardaşlığını şəhid qanları birləşdirir. Bu isə bir daha sübut edir ki, qardaşlığımız daimidir, əbədidir, ölməzdir”.
Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayan Abdulla Gül ölkələrimizin parlamentləri arasında əlaqələri yüksək qiymətləndirib. Ali qonaq bildirib ki, parlamentlərarası dostluq qruplarının, ayrı-ayrı komitələrin birgə toplantılarının təşkili yüksək fayda verə bilər.
Oqtay Əsədov dostluq qruplarının və komitələrin birgə toplantılarının keçirilməsi üçün proqram hazırlandığını və bu məsələnin tezliklə həllini tapacağını bildirib.
Abdulla Gül onu da qeyd edib ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini əsirgəməyəcək.
Sonda Türkiyə Prezidenti Milli Məclisin fəaliyyətinə uğurlar arzulayıb.

482