Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
16 avqust 2010 14:30 (UTC +04:00)

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Avqustun 16-da Türkiyə prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfərə gəlib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfəsini verəcəyini vurğulayıblar.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
# 410

Oxşar yazılar