Dövlət Sərhəd Xidməti Akademiyası açıldı
Prezident İlham Əliyev avqustun 10-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının açılış mərasimində iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı Akademiyanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, DSX-nın Akademiyası prezident İ. Əliyevin 2007-ci il 12 iyun tarixli sərəncamı ilə yaradılmışdır. Akademiya DSX üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilib.
Dövlət başçısı Akademiyanın Heydər Əliyev muzeyi, akt zalı, sinif otaqları, kafedralar, yeməkxana, yataqxana, kitabxana, istirahət və idman zallarındakı şəraitlə tanış olub.
Sonra Ali Baş Komandan DSX-nın Akademiyasına döyüş bayrağını təqdim edib.
DSX rəisi Elçin Quliyev çıxış edərək prezident, Ali Baş Komandan İlham Əliyevə sərhədçilər adından minnətdarlığını bildirib.
Prezident İ. Əliyev mərasimdə çıxış edib. Akademiyanın zabit və kursant heyətini bu ali hərbi təhsil ocağının açılışı münasibətilə təbrik edən dövlət başçısı onlara sərhədlərimizin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi kimi müqəddəs xidmətlərində uğurlar arzulayıb.

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35