Azərbaycana keçən erməni əsgərlər: “Qayıtsaq, bizi öldürərlər”
Onlar üçüncü ölkəyə getmək istəyirlər
“Ermənistana qayıtsam, yüz faiz bilirəm ki, məni ölüm gözləyir. Çünki Serj Sarkisyan məni öldürtdürəcək. Azərbaycanda qalmaq, ya da üçüncü ölkəyə getmək mənim üçün daha yaxşı olar”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan tərəfə keçmiş Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qrant Markosyan deyib.
Q.Markosyan ordudan qaçmalarının səbəblərini belə izah edib: “Biz könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan tərəfə keçdik. Dağlıq Qarabağda – Martunidə xidmət edirdik. Dörd aylıq xidmət zamanı hər gün zabitlər tərəfindən döyülürdük. Yemək çatışmırdı, ac qalırdıq. Xəstələnmişdik. Mənim böyrəklərimdə ağrı var idi. Yalnız 4 ay sonra Rafik və Vartevanla birlikdə hospitala göndərildik. Onların da böyrəklərində problem vardı. Lakin hospitalda bizi yalan danışmaqda və xidmətdən yayınmağa çalışmaqda ittiham etdilər. Bizi həbsxana ilə hədələdilər, biz də hərbi hissəyə qayıtmaq əvəzinə Azərbaycan tərəfə keçməyə qərar verdik. Axı niyə başqasının torpağında ölməliydik? Niyə orada xidmət etməliydik? Ora Ermənistanın yox, Azərbaycanın ərazisidir. Mənim Qarabağda xidmət etmiş çoxlu dostum vardı. Onların hamısı Qarabağda xidmət etməkdənsə, qaçıb canını qurtarmağın daha yaxşı olduğunu deyirdilər. Heç kim Qarabağda xidmət etmək istəmir. Hamı qaçır. Hətta əzablara dözməyərək intihar edənlər də var”.
Q. Markosyan Azərbaycanda xoş rəftarla qarşılaşdıqlarını söyləyib: “Xəstələndikdə həkim bizi müayinə edir, iynə-dərman yazır”.
V. Sarkisyan da fiziki təzyiqlərə məruz qaldığını və səhhətindəki problemlərlə əlaqədar ordudan qaçmağa qərar verdiyini açıqlayıb: “Məni çox pis döyürdülər, dözə bilmirdim. Ona görə də qaçmaq qərarına gəldim. Ümid edirdim ki, burada kömək edəcəklər. İndi hər şey normaldır. Məni burada müalicə etdilər”.
Qrant, Vartevan və Rafik Ermənistana qayıtmaq istəmirlər və üçüncü ölkəyə getmək arzusundadırlar. Q. Markosyan son olaraq erməni tərəfinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun meyitini qaytarmaq istəməməsi faktını da şərh edib: “Serj Sarkisyan bir anlıq təsəvvürünə gətirsin ki, Mübariz İbrahimovun yerində onun oğlu da ola bilərdi. Bu, qeyri-insani hərəkətdir”.
Qeyd edək ki, Ermənistan Ordusunun üç əsgəri - Qrant Markosyan, Rafik (Alik) Tevosyan və Vartevan Sarkisyan 2009-cu il fevralın 27-dən 28-nə keçən gecə Ağcabədi rayonunun Minaxorlu kəndi istiqamətində təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçib. Erməni əsgərlər bu addımlarını ordunun baxımsız vəziyyətdə olması, hətta yeməyə çörək tapmamaları ilə izah ediblər.

429