Türkiyə Silahlı Qüvvələrinə rəhbər təyinatları yekunlaşdı
Bir neçə gün davam edən gərgin müzakirələr başa çatıb
Türkiyə Silahlı Qüvvələrinə (TSK) rəhbər təyinatları yekunlaşıb.
APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 9-da dövlət prezident Abdulla Gül tərəfindən təsdiqlənmiş TSK-nın yeni rəhbərliyinin adlarını açıqlayıb.
Bu gün təsdiq olunmuş yeni tərkibdə bir neçə gündür gərgin müzakirələrə səbəb olan Quru Qoşunları komandanı postuna da təyinat olub.
Ali Hərbi Şuranın iclasının yekunları əsasında qəbul edilmiş qərara əsasən Baş Qərargahının rəisi postuna ənənəvi qaydada Quru Qoşunlarının komandanı, ordu generalı Səbahəddin İşık Koşaner, Quru Qoşunlarının komandanı postuna ordu generalı Erdal Ceylanoğlu, Jandarma Baş Komandanlığına ordu generalı Necdət Özəl, I ordu komandanı postuna ordu generalı Hayri Kıvrıkoğlu, II ordu komandanı postuna general-polkovnik Sərvət Yörük, III ordu komandanı postuna general-polkovnik Yalçın Ataman, Egey Ordusunun komandanı postuna ordu generalı Nüsrət Taşdələr, Quru Qoşunlarının Təhsil və Doktrina Komandanlığına ordu generalı Saldıray Berk, Baş Qərargahın ikinci rəisi postuna ordu generalı Aslan Günər, Quru Qoşunlarının qərargah rəisi postuna ordu generalı Bəkir Kalyoncu, Donanma Komandanlığına ordu admiralı Murad Bilgel, Hərb Akademiyaları Komandanlığına isə ordu generalı Bilgin Balanlı təyin olunub.
Şuranın qərarı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, ordu admiralı Uğur Yigit və Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Həsən Aksay daha bir il öz vəzifələrində saxlanılıb.

Oxşar yazılar

Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04