Ermənilər Abdulla Gülün iqamətgahına göz dikdilər
Onlar türklərə qarşı yeni iddialarla çıxış ediblər
Türkiyədən milyard dollarla təzminat istəyən ermənilər indi də bu ölkədəki 5 daşınmaz əmlakla bağlı iddia qaldırmağa hazırlaşırlar.
Lent.az-ın “habertürk”ə istinadən məlumatına görə, ermənilər Türkiyədəki 5 mülkün onlara məxsus olduğunu iddia edirlər. Bunlar Ankaradakı Prezident İqamətgahı - Çankaya Köşkü, İstanbulun Şişli rayonundakı Mustafa Kamal Muzeyi, İstanbulun Heybeliadasındakı Çarkçı Məktəbi, tarixi Ərzurum Konqresinin keçirildiyi bina və Surp Aqop Qəbiristanlığıdır.
Ermənilər iddia edirlər ki, Çankaya Köşkünün ərazisi erməni Kasapyan ailəsinə məxsus olub. Bu və adı çəkilən digər yerlər Türkiyə Xəzinə Müstəşarlığı tərəfindən zəbt edilib.
Türkiyədən milyardlarla dollar istəyən ermənilərin istəkləri getdikcə daha da böyüyür. Guya adıçəkilən yerlər 1915-ci il hadisələrindən sonra ermənilər tərəfindən boşaldılıb. Boş qalan yerlər dövlətin nəzarətinə keçib.

381