Şəhid gizirin meyitinin qaytarılması üçün Rusiya patriarxına müraciət olunacaq
07 avqust 2010 17:00 (UTC +04:00)

Şəhid gizirin meyitinin qaytarılması üçün Rusiya patriarxına müraciət olunacaq

Şeyxülislam Hacı Allahşükür Paşazadə bu işdə Kirillin vasitəçiliyindən istifadə edəcəklərini deyib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Azərbaycan ordusunun şəhid giziri Mübariz İbrahimovun meyitinin qaytarılmasına kömək göstərməsi üçün Moskva və bütün Rusiyanın patriarxı Kirillə müraciət edəcək.

Lent.az-ın məlumatına görə, QMİ sədri Allahşükür Paşazadə Qazılar Şurasının bu gün keçirilən iclasında belə deyib. O, Azərbaycan torpaqları uğrunda iyunun 18-də şəhid olmuş gizirimizə Allahdan rəhmət diləyib. QMİ sədri hazırda Mübariz İbrahimovun meyitinin qaytarılması istiqamətində danışıqların aparıldığını söyləyib.

Elxan SALAHOV
# 348

Oxşar yazılar