Siyavuş Novruzov “mürəbbə biznesi” barədə danışdı
“Bu cür yalan məlumatın verilməsi acizanə şəkildə atılan bir addımdır”
“Azərbaycanda bir nəfər göstərsin ki, Siyavuş Novruzovun filan yerdə biznesi var. Mən bizneslə məşğul olsam daha böyük bizneslərlə məşğul olaram, daha bu cür xırda, cılız şeylərlə yox”. Bunu Lent.az-a açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov haqqında guya mürəbbə biznesilə məşğul olması barədə mətbuatda yazılanlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu cür dezinformasiyanın verilməsi seçkiqabağı deputatı gözdən salmağa hesablanıb: “Bu, acizanə şəkildə atılan bir addımdır. Özü də yazıda qeyd edirlər ki, guya qəzetdən mənə zəng ediblər, mövqeyimi öyrənmək istəyiblər. Qəti şəkildə mənə zəng olunmayıb, məndən heç nə də soruşmayıblar. Həm də mən onlara ümumiyyətlə heç müsahibə vermirəm”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin onunla bağlı hansısa yoxlama aparmasının da yalan olduğunu deyən S.Novruzov “yəqin həmin qurumun özü də bunu yazan qəzetə təkzibini göndərəcək ki, belə hal olmayıb” söyləyib: “Qətiyyən belə hal da yoxdur. Mənim məşğul olduğum sahə siyasətdir, seçkidir və s. Mən indiyədək heç bir bizneslə məşğul olmamışam, yəqin ki, bundan sonra da məşğul olmayacağam. O başqa məsələdir ki, onların hər hansı bir mürəbbə ehtiyacı varsa, yemək istəyirlərsə, mən tapşıraram, təşkil edərlər. Aparıb yesinlər, bir az sifətlərində nur yaransın. Daha gedib belə təxribatçı, cılız işlərlə məşğul olmasınlar”.
Qeyd edək ki, Siyavuş Novruzovun mürəbbə biznesilə məşğul olmasını “Yeni Müsavat” qəzeti iddia edib. Qəzetin 6 avqust 2010-cu il tarixli sayındakı yazıda mürəbbə paylanan obyektlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlama apardığını, mürəbbələrin keyfiyyətsiz olmasının aşkarlandığı bildirilib.
Pərvin ABBASOV

481