Partiya sədrləri Mübariz İbrahimovun valideynlərinə baş çəkdilər
Bu gün Butöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa və Ədalət Partiyasının (ƏP) sədri İlyas İsmayılov Biləsuvar rayonuna səfər edərək, Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun ailə üzvləri ilə görüşüblər və şəhid gizirimizin doğmalarına başsağlığı veriblər.
Lent.az-ın BAXCP-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.
BAXCP sədri görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun misilsiz şücaətindən, Vətən və millət naminə fədakarlığından söhbət açıldığını, onun keçdiyi döyüş yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunun vurğulandığını bildirib. Qüdrət Həsənquliyev görüş zamanı Mübariz İbrahimovun ailəsinə yazdığı məktubla da tanış olduqlarını deyib: “Mübarizin məktubunun hər sətrində nəzərə çarpan vətənpərvərlik, cəsarət, fədakarlıq gənclərimizə nümunə olmalıdır. Hesab edirik ki, Azərbaycanda yüzlərlə, minlərlə Mübarizlərimiz var. Azərbaycan xalqı qəhrəman oğullarının fədakarlığına güvənir və öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır”.
Pərvin ABBASOV

Oxşar yazılar

Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04