“Azərbaycan terrorçuluğa qarşı fəal mübarizə aparır”
“Azərbaycan Qafqaz vasitəsilə çirkli pul vəsaitləri və canlı qüvvə keçirən terrorçu təşkilatlara qarşı fəal çıxış edir.
Ölkə terrorçularla əlbir olanların zərərsizləşdirilməsi və onların fəaliyyətinin əngəllənməsi sahəsində cəhdlərini gücləndirib”. APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin hazırladığı “2009-cu il ərzində terrorçuluğa dair ölkələr üzrə hesabat”da deyilir.
Sənəddə bildirilir ki, 2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin görülməsində daha ciddi maraq nümayiş etdirib və bu sahədə istintaq idarəsi yaradıb. İdarə özünün orta müddətli strateji planının hazırlanması, çirkli pulların yuyulması ilə mübarizə və bu sahədə informasiya sisteminin yaradılmasında texniki kömək almaq məqsədilə ABŞ-a müraciət edib.
Hesabata əsasən Azərbaycan məlumat mübadiləsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıqda iştirak edir, ABŞ-ın və Əfqanıstandakı beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əməliyyatlarına dəstək verir, təyyarələrin Bakı hava limanına enməsinə və yanacaq götürməsinə şərait yaradır.
Sənəddə 2007-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin “Mehdi ordusu” adlı qanunsuz təşkilatın 15 üzvünü həbs etməsi, Əfqanıstan və Pakistandakı qanunsuz silahlı dəstələrin tərkibində iştirak etmiş bu şəxslərə həbs cəzalarının verilməsi, Bakıda “Hizbullah”la əlaqəsi olan 2 Livan vətəndaşının məhkum edilməsi, “Meşə qardaşları”nın məhkəməsi və 26 nəfərin müxtəlif cəzalara məhkum olunması faktları da xatırladılır.

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35