Müdafiə Nazirliyi Milli Qəhrəmanının şəkillərinin yayılmasına dair açıqlama verdi
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgəri, Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin şəkillərinin internetdə yayılmasına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi dəfələrlə və təkidlə şəhid Mübariz İbrahimovun cəsədinin ermənilərdə olması barədə açıqlama verib: “Lakin Mübariz İbrahimovun şəhid olmasından ötən ay yarım müddətində Ermənistan tərəfi hərbçimizin meyitinin onlarda olmaması barədə dediklərini təkrarlamaqda davam etdi və hətta beynəlxalq təşkilatların göndərdiyi sorğulara yalan cavab verməkdən çəkinmədi. Avqustun 2-də isə Mübariz İbrahimovun meyiti olduğu iddia edilən şəkillər məhz ermənilər tərəfindən internetdə yayıldı. Bununla da ermənilər beynəlxalq hüquq normalarına riayət etmədiklərini və öz riyakarlıqlarını bir daha nümayiş etdirmiş oldular. Yəqin ki, beynəlxalq qurumlar şəkil məsələsini nəzarətə götürüb araşdırmalarını intensivləşdirəcək. Biz isə şəhidimizin meyitini almaq üçün səylərimizi davam etdirəcək və bu məsələdə bütün imkanlarımızı səfərbər etməkdə davam edəcəyik”.
Qeyd edək ki, Mübariz İbrahimov Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2009-cu ilin avqust ayında hərbi xidmətə yollanıb. Tərtər rayonundakı “N” saylı hərbi hissədə xidmət edib. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 hücuma keçən düşmənə qarşı böyük qəhrəmanlıq göstərib və saatlarla döyüşüb. 22 yaşlı əsgər 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçirərək düşmənin çox sayda əsgər və zabitini məhv edib. Ancaq düşmənlə döyüşdə əsgərin özü də şəhid olub və meyiti qarşı tərəfdə qalıb. Ermənilər indiyədək Milli Qəhrəmanın meyitini verməyiblər.

1425