BQXK-nın Bakı ofisi Ermənistan nümayəndəliyinə müraciət edib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisi milli qəhrəman Mübariz İbrahimovun cəsədinin fotolarının ermənilər tərəfindən yayılması bağlı qurumun mərkəzi ofisinə və Ermənistan nümayəndəliyinə müraciət edib.
Bu barədə APA-ya açıqlamasında BQXK-nin Bakı ofisinin mətbuat xidmətinin əməkdaşı İlahə Hüseynova bildirib. İ.Hüseynova fotoları bu gün mətbuatda gördüklərini deyib: “Beynəlxalq Qırmızı Xaç Komitəsi Mübariz İbrahimovla bağlı mütəmadi iş aparırıq. Məsələ ilə bağlı nəticə əldə olunan kimi ictimaiyyət məlumatlandırılacaq”.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. Onun meyiti erməni əsgərləri tərəfindən götürülüb və qaytarılmayıb. Azərbaycan tərəfi gizirin meyitinin qaytarılması üçün BQXK vasitəsilə Ermənistan tərəfinə müraciət edib. Lakin ermənilər BQXK-nın sorğusuna cavab olaraq M. İbrahimovun cəsədinin nə Ermənistanda, nə də Dağlıq Qarabağda olduğunu bildiriblər.
Bir neçə gün əvvəl isə ermənilər “Odnoklassniki.ru” saytında şəhid M. İbrahimovun ölümündən sonrakı şəkillərini yayıblar.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb.

Oxşar yazılar

Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04