BƏƏ ilə viza problemi aradan qaldırıldı
18-65 yaş arasındakı azərbaycanlı kişilərə viza veriləcək
Birləşmiş Ərəb Əmirliklərinə getmək istəyən Azərbaycan vətəndaşlarına viza verilməsində yaranan problem aradan qaldırılıb.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin əməkdaşı bildirib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri bu ölkə xarici siyasət idarəsinə müraciət edərək 18-65 yaş arası, kişi cinsinə mənsub Azərbaycan vətəndaşlarına turist firmaları vasitəsilə BƏƏ vizasının verilməsindən imtina olunduğunu nəzərə çatdırıb. Bu müraciətdən sonra problem həllini tapıb.
Xatırladaq ki, iyul ayının sonlarında turist firmalarına 18-65 yaş arası, kişi cinsinə mənsub Azərbaycan vətəndaşlarına BƏƏ vizasının verilməsinin müəyyən müddətə dayandırıldığı barədə xəbərdarlıq edilib. Bu qərarın səbəbləri açıqlanmayıb.

689