Küveyt əmiri Azərbaycana gələcək
28 iyul 2010 16:30 (UTC +04:00)

Küveyt əmiri Azərbaycana gələcək

Şeyx Sabah Əl-Əhməd Əl-Sabah bu ölkədəki səfirimizi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib


İyulun 26-da Küveytdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Küveyt Dövlətinin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah səfir Şahin Abdullayevi qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş əsnasında Şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycan prezidenti İlham Əliyevə ən səmimi salamlarının çatdırılmasını xahiş edib, dövlət başçımızın 2009-cu ilin fevralında Küveytə səfərini xatırlayıb.

Küveyt Dövlətinin əmiri bu səfərin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, səfir Şahin Abdullayevə Küveyt ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı naminə göstərdiyi xidmətlərinə görə təşəkkürünü çatdırıb.

Şahin Abdullayev də iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan prezidentinin 2009-cu ilin fevralında Küveytə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, tezliklə Küveyt əmirinin Azərbaycana səfərinin baş tutacağına ümidvar olduğunu bildirib. Şeyx Sabah Əl-Əhməd Sabah Küveytin Azərbaycan ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edib və yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu nəzərə çatdırıb.

Şahin Abdullayev Azərbaycanın ərəb-İslam dünyası, o cümlədən Körfəz ərəb dövlətləri və Küveyt ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini dilə gətirib. Səfir Küveytin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar birmənalı mövqeyinin, ərazi bütövlüyü və suverenliyimizin dəstəkləməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Küveyt-Azərbaycan əlaqələrini dostluq qardaşlıq münasibəti kimi xarakterizə edən Şeyx Sabah Əl-Əhməd Əl-Sabah isə Küveytin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib, iki ölkə arasındakı məhsuldar əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar