Oqtay Əsədov Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransında çıxış edib
İyulun 21-də Parlament Spikerlərinin 3-cü Ümumdünya Konfransı işini davam etdirib. Bu barədə Lent.az-a Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Konfransda Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib. Azərbaycan parlamenti adından konfrans iştirakçılarını salamlayan O.Əsədov qeyd edib ki, bu gün bəşəriyyət böyük sınaqlar qarşısındadır: “Dünyada maliyyə böhranı, terrorçuluq, təcavüzkar separatizm, insan alveri, narkotiklərin yayılması, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi və digər qlobal problemlər misilsiz vüsət alıb. Bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür”.
Oqtay Əsədov qeyd edib ki, dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmayıb: “Sadalanan çağırışları dəf etmək üçün biz həm ölkələr olaraq fərdi, həm də dünya birliyi olaraq kollektiv məsuliyyət daşıyırıq”.
O bildirib ki, demokratiyanın təmin edilməsi problemlərin həllində müstəsna əhəmiyyət daşıyır: ”Bəşəriyyətin ən dəyərli nailiyyətlərindən olan demokratiyanı bəşəriyyətin dəyərli kəşflərindən olan parlamentsiz düşünmək mümkün deyil”.
Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini və rolunu xüsusi qeyd edib. O, konfransın yekunu olaraq qəbul olunacaq Bəyannamə layihəsinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyini bildirib.
Sonra Milli Məclisin sədri Xorvatiya parlamentinin rəhbəri Luka Sebiçlə görüşüb. Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olunub. Bildirilib ki, enerji təhlükəsizliyi, iqtisadi, turizm, mədəni və digər sahələrdə əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynaya bilər. Spiker Oqtay Əsədov qeyd edib ki, Azərbaycan parlamentində Xorvatiya ilə dostluq qrupu fəaliyyət göstərir: “Belə bir qrupun Xorvatiya parlamentində olması əlaqələrimizin genişlənməsinə təkan ola bilər”.
Söhbət zamanı Avropa Birliyi və digər beynəlxalq təşkilatlar və bu təşkilatlarda ölkələrimizin təmsil olunması ilə bağlı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti yenidən Parlament Sədrlərinin konfransına qatılıb. Müzakirələrdən sonra Parlament Sədrlərinin 3-cü Ümumdünya Konfransının Bəyannaməsi qəbul edilib. Bununla da konfrans işini başa vurub.

381