“Azərbaycan-Gürcüstan münasibətləri İlham Əliyevin səyi sayəsində daha da güclənib”
19 iyul 2010 20:47 (UTC +04:00)

“Azərbaycan-Gürcüstan münasibətləri İlham Əliyevin səyi sayəsində daha da güclənib”

Mixail Saakaşvili: “Gürcüstan xalqı Azərbaycanın ən ağır vaxtlarda bizə göstərdiyi köməyi unutmayacaq”

“Gürcüstan heç zaman yaddan çıxarmayacaq ki, enerji infrastrukturumuz partladılanda, gürcü xalqı qışın soyuğunda çətin şəraitdə qalanda Azərbaycan bizim ehtiyaclarımızı təmin etmək üçün köməyə gəldi. Mən tam əminəm ki, Gürcüstan xalqı Azərbaycanın bu yardımını heç vaxt yaddan çıxarmayacaq. Biz bu yardımı heç vaxt unutmayacağıq”. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili Batumidə Azərbaycan prezidenti ilə birlikdə keçirdiyi mətbuat konfransında söyləyib. Saakaşvili Azərbaycanın bu köməyi Gürcüstanın tarixində ən ağır bir vaxtda göstərdiyini vurğulayıb: “O vaxt Azərbaycan çox mühüm bir qərarı qəbul etdi və həmin ağır vaxtlarda Gürcüstanın köməyinə gəldi. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, bu, qardaşlıq rəmzidir. Hətta biz konfederativ münasibətlər qurmuşuq. Bizim münasibətlərimiz normal münasibətlər çərçivəsindən daha genişdir. Tam əminik ki, biz bundan sonra da bir-birimizə yardım göstərəcəyik. Azərbaycan üçün hər hansı bir ağır məsələ, Gürcüstan üçün də ağır məsələdir və eyni zamanda, Gürcüstan üçün olan ağır məsələ, həmçinin Azərbaycan üçün ağır məsələdir”.

Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tam istismara verilməsi islə bağlı ortada siyasi iradə olduğunu deyib: “Gürcüstanın təbii qaza olan tələbatının 70 faizi məhz Azərbaycan qazı hesabına təmin edilir. Bilirsiniz ki, sovet vaxtından qalmış avtomobil yolları da bundan sonra təmir ediləcək. Beləliklə, biz bütün daşınma yollarını lazımi formaya gətirəcəyik ki, Çindən gələn yolun mümkün qədər qısa məsafədən - Azərbaycandan və Gürcüstandan keçərək Avropaya çıxışını təmin edək. Bütün bunlar sıx münasibətlər nəticəsində mümkün olmuşdur. Ölkələrimiz aramızda heç bir problem yoxdur. Bizim münasibətlərimiz son illər ən yüksək səviyyəyə çatmışdır və biz bunu davam etdirməliyik. Təbii ki, bu münasibətlərin əsasını məhz Heydər Əliyev qoyub. Biz bütün səylərimizlə çalışacağıq ki, əsrlər boyu xalqlarımızı bir-birinə bağlayan münasibətlər bundan sonra da inkişaf etsin. Heydər Əliyevin strateji baxışları nəticəsində bu münasibətlər daha da möhkəmlənmiş və İlham Əliyevin böyük səyləri sayəsində isə daha da güclənib. Biz tam əminik ki, bu əlaqələr, bu münasibətlər daha da inkişaf edəcək, regionumuzda sabitliyə xidmət göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar