Oqtay Əsədov erməni həmkarı ilə görüşdü
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb
Bu gün Parlament Spikerlərinin 3-cü Ümumdünya konfransında Konfransının açılışı olub. Bu barədə Lent.az-a Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Açılışı iyulun 19-da BMT-nin Cenevrədəki qərargahında bu təşkilatın Baş katibi Pan Ki Munun iştirakı ilə baş tutub. Tədbiri giriş sözü ilə Parlamentlərarası İttifaqın Prezidenti Teo Den Qurirab açıb. O, konfransın əhəmiyyətindən və müzakirə olunacaq məsələlərdən danışıb. Həmin məsələlərin həllində parlamentlərin rolunu xüsusi qeyd edib.
BMT-nin Baş katibi Pan Ki Mun çıxış edərək konfrans iştirakçılarına uğurlar arzulayıb. O, parlamentlərin BMT ilə əməkdaşlığının vacibliyini qeyd edib. Bu əməkdaşlıqda və parlamentlərin fəaliyyətində dörd istiqamətin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Baş katib söyləyib ki, dünyamızın və zəmanəmizin təhlükələrdən xilas olunması, dünyada stabilləşmənin təmin olunması və milli konfliktlərin aradan qaldırılması, böhranlardan müdafiə və iqtisadi inkişafa nail olunması, eləcə də dünyanın silahsızlaşdırılması və nüvə təhlükəsindən qorunması işində parlamentlər fəaliyyətini gücləndirməli və öz töhfələrini verməlidirlər.
BMT-nin Baş katibinin çıxışından sonra konfransın gündəliyi təsdiq olunub və gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
İlk məruzə “Parlamentlər BMT ilə işlərini necə təşkil edirlər” mövzusunda oldu. 2005-ci il Spikerlərin Konfransından sonrakı inkişafa dair məruzəni isə Cənubi Afrika Respublikasının parlament sədri Maks Sisulu edib. Sonra parlament spikerlərinin çıxışları başlanıb.
Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir.
Tədbir çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Oqtay Əsədovun iyulun 21-də konfransda çıxışı gözlənilir.
Pərvin ABBASOV

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07