Levon Ter-Petrosyan: “Müharibə ehtimalı yüksəkdir...”
“Ermənistan hakimiyyəti bu gün son diplomatik imkanlardan istifadə edir”
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hesab edir ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Qarabağ münaqişəsi həllini tapmadan və Türkiyə-Ermənistan münasibətləri tənzimlənmədən ölkənin iqtisadi, təhlükəsizlik demoqrafiya sahəsində perspektivinin yaxşılaşması mümkün deyil. Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, Levon Ter-Petrosyan bunu Ermənistan Ümummilli Hərəkatının 16-cı qurultayındakı çıxışında söyləyib.
Levon Tekr-Petrosyan qeyd edib ki, hələ Qarabağ problemi həllini tapmadığı üçün müharibənin yenidən başlanması ehtimalını istisna etmək olmaz: “Ermənistan hakimiyyəti bu gün son diplomatik imkanlardan istifadə edir. Ancaq istisna deyil ki, münaqişənin həllinin uzadılması halında vəziyyət nəzarətdən çıxa bilər. Ermənistan olmasa da, Azərbaycan münaqişənin hərbi yolla həllini planını nəzərdə tuta bilər. Ermənistan da öz ərazisini itirsəydi, belə fikirləşərdi”.
Ermənistanın ilk prezidenti vurğulayıb ki, bu gün müharibənin keçmişdə olduğu kimi sabah da başlaması ehtimalı yüksəkdir: “Ermənistan hakimiyyəti bu məsələdə xalq qarşısında vicdanlı olmalıdır. Türklərin və çarların ermənilərsiz Ermənistan arzusunu həyata keçirəcəyimiz gün uzaq deyil. Ermənistan əhalisinin qəfil azalması bunu sübut edir. Mən status-kvonun saxlanılmasının əleyhinə deyiləm, ancaq bu, bir suala cavab verməlidir. Ermənistan hakimiyyəti davam edən miqrasiya prosesini necə dayandırmağa hazırlaşır? Siyasi xarakter daşımayan bu sual cavabsızdır”.
Levon Ter-Petrosyanın sözlərinə görə, Qarabağ münaqişəsi həllini tapmayana qədər Türkiyə-Ermənistan münasibətləri tənzimlənə bilməz: “Türkiyə hakimiyyəti bu barədə neçə dəfə danışmalıdır ki, nəhayət, başa düşülsün”.

560