Elmar Məmmədyarov: “Nalbandyanla görüşdə hansısa irəliləyiş olmayıb ”
“Ermənistan xarici işlər naziri Azərbaycan, Ermənistan və həmsədr ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatının qəbul olunmasına imkan vermədi”
“Bugünkü görüş iki saatadək davam etdi. Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüş keçirdik və bu gün görüş “3+2” formatında davam etdirildi”. APA-nın Almatıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi görüşü jurnalistlərə belə şərh edib.
O görüşün sonunda Azərbaycan, Ermənistan, Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin birgə bəyanatının yayımlanması üçün çox səy göstərdiklərini deyib: “Biz çox çalışdıq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, üstəgəl ATƏT-in Minsk Qrupuna rəhbərlik edən ölkələrin xarici siyasət idarələri rəhbərlərinin birgə bəyanatı ilə çıxış edək. Təəssüf ki, Ermənistanın xarici işlər naziri bir sıra məsələlərə etirazını bildirməklə birgə bəyanatın qəbul olunmasına imkan vermədi. Buna görə də bəyanat üç həmsədr ölkənin nazirləri adından qəbul olundu. Əsas məsələ budur ki, biz çalışırdıq ki, qəbul olunacaq bəyanat irəliyə doğru daha bir addım olsun. Bilirsiniz ki, hələ Kanadada prezidentlər səviyyəsində bəyanat qəbul olunub və orada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının 6 prinsipi öz əksini tapıb. Bunların sırasında Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Ermənistanla Dağlıq Qarabağ arasında yolun açılması da var. Əgər Ermənistan birinci mərhələdə qoşunlarını çıxarsa, elə həmin gündən bütün yollar və kommunikasiyalar açılmış olacaq. Ermənistanla Dağlıq Qarabağ arasında yol Laçından da, Kəlbəcərdən də, Zəngilandan da keçə bilər. Biz bunu qəbul edirik. Və hesab edirik ki, əgər işğal olunmuş Azərbaycan torpaqları qaytarılsa, biz qonşularımızla əməkdaşlığa, onlarla hansısa məsələləri müzakirə etməyə hazırıq. Ermənistan bizim qonşu ölkədir və biz qonşu dövlətlərlə normal münasibətlər qurmaq istərdik. Təəssüf ki bu məsələ öz həllini tapmadı və hansısa irəliləyişə nail olduğumuzu söyləmək olmaz. Biz həmsədrlərlə birgə işi davam etdirmək barədə qərar qəbul etdik”. Elmar Məmmədyariov qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabra kimi regiona səfər edəcəklər. Amma o səfərin dəqiq tarixinin məlum olmadığını deyib.

474