Mirmahmud Mirəlioğlu AXCP-Müsavat birliyindən danışdı
“Media çox irəli gedir...”
“Son atılan addımlar bizim təşəbbüsümüz istiqamətində atılır. Bizim – Demokratiya Uğrunda İttifaqın aylar öncə irəli sürdüyü təşəbbüslər reallaşır. Növbəti mərhələdə yəqin bir arada olmaq imkanları araşdırılacaq. Biz özümüz də reallaşan təşəbbüslərimizin iştirakçısı olacağıq”.
Bunu Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil KXCP-nin sədri Mirmahmud Mirəlioğlu AXCP-nin Müsavat Partiyası ilə blok yaratmaq barədə xəbərini Lent.az-a şərh edərkən deyib. Bununla yanaşı, M.Mirəlioğlu DUİ-nin Müavat-AXCP birliyindən kənarda qoyulmasını da mümkün sayıb: “Bunu zaman göstərəcək. Bu gün Azərbaycan mediası çox irəli gedərək Müsavat-AXCP birliyindən danışırlar. Əslində isə hələ bu istiqamətdə danışıqlar aparılır. Bu danışıqlar reallaşacağı təqdirdə, şübhəsiz ki, DUİ ilə Müsavatın niyyət protokoluna uyğun addımlar atılacaq. Həmin protokola əsasən biz kütləvi aksiyaları birgə keçirmək, seçkiöncəsi demokratik şərait yaratmaqda birgə fəaliyyət göstərmək, namizədlərin müəyyənləşdirilməsi və digər məsələlərdə əməkdaşlıq edəcəyik. Əgər AXCP də buna qoşulursa, heç bir problem yoxdur”.
Pərvin ABBASOV

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35