AMİP-də yeni təyinatlar
İyulun 11-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti X Qurultayından sonra yeni tərkibdə formalaşan Mərkəzi Şurasının ilk iclası keçirilib. Bu barədə Lent.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
İclasda təşkilatı məsələlərə baxılıb, ölkə üçün vacib olan problemlərə, o cümlədən, seçkiöncəsi vəziyyətə diqqət yetirilib və partiyanın növbəti etapda atacağı addımlar ətrafında geniş müzakirələr aparılıb.
Nizamnaməyə uyğun olaraq AMİP Mərkəzi Şurasında Baş katib postuna Arzuxan Əlizadə, partiyanın Mərkəzi Şura sədrliyinə Adnan Novruzov, sədr müavini vəzifəsinə isə İradə Adıgözəlova seçiliblər.
Mərkəzi Şurada, həmçinin, Əli Ələkbərov, Fuad Muxtarov, Aydın Əliyev, Məhərrəm Həsənov, Rauf Mirqədirov, Aminə Vəliyeva, Ceyran Ənsər və Sadiq Həmzəyev Siyasi Şuraya üzv seçiliblər. Siyasi Şuraya iki yer vakant saxlanılıb.
Eyni zamanda AMİP katiblərinin təyinatı həyata keçirilib. Baş Katib Arzuxan Əlizadənin sərəncamı ilə Nazim Ələsgərov təşkilat katibi, Əli Orucov mətbuat və təbliğat katibi, Rəşad Bayramov seçki və bələdiyyələrlə iş üzrə katib, Elşən Mustafayev beynəlxalq əlaqələr üzrə katib, Vaqif Məmmədov isə maliyyə məsələləri üzrə katib postlarına təyin olunublar.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07