Azərbaycan-ABŞ hərbi məsləhətləşmələri başlayıb
Bakıda Azərbaycan və ABŞ-ın müdafiə qurumları arasında İkitərəfli Müdafiə Məsləhətləşmələri keçirilir.
Bu barədə APA-ya ABŞ Azərbaycandakı səfirliyin mətbuat xidməti məlumat verib. Məsləhətləşmələrdə Pentaqon və Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndələri ikitərəfli əməkdaşlıq üzrə geniş çesiddə məsələləri nəzərdən keçirəcək və növbəti il üçün konkret planlar müəyyənləşdirəcəklər.
Hərbi məsləhətləşmələrdə iştirak üçün Bakıya gələn ABŞ nümayəndə heyətinə Pentaqon rəhbərinin köməkçisinin müavini Selesta Uolander rəhbərlik edir. Məsləhətləşmələrə ABŞ_ın Avropadakı qoşunlarının komandanlığı və ABŞ səfirliyinin rəsmiləri də qatılıblar. İkitərəfli Müdafiə Məsləhətləşmələri Bakı ilə Vaşinqton arasında növbəli qaydada ildə bir dəfə keçirilir.
Xatırladaq ki, iyunun 7-də Bakıya səfər edən Pentaqon rəhbəri Robert Qeyts bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın regional təhlükəsizlik, o cümlədən Əfqanıstandakı müştərək səylərə dəstək istiqamətində əməkdaşlıq üçün verdiyi töhfələri qiymətləndirir. Səfəri zamanı, o, ikitərəfli müdafiə məsləhətləşmələrini əməkdaşlıq üzrə təfərrüatlı planları işləmək üçün bir mexanizm kimi xarakterizə edib.
ABŞ-ın dövlət katibi Hillari Klinton da iyulun 4-də Azərbaycana səfəri zaman təhlükəsizlik sahəsində əlaqələrimiz yüksək qiymətləndirib: “Əsgərlərimiz Kosovo, İraq və Əfqanıstanda çiyin-çiyinə dayanıblar”.

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27