Türkiyə Azərbaycandakı dini işlər müşavirini dəyişdirir - EKSKLÜZİV
Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri, ilahiyyat elmləri doktoru Müzəffər Şahinin səlahiyyət müddəti başa çatıb. Bu barədə Lent.az-a səfirlikdən məlumat verilib.
Məlumata görə, M.Şahin Azərbaycanda fəaliyyətə 2007-ci il aprelin 20-də başlayıb. Bu vəzifəyə 3 il müddətinə təyin olunan dini müşavirin səlahiyyət müddəti 2010-cu il aprelin 20-də başa çatıb. Lakin rəsmi Ankara M.Şahinin daha bir neçə ay Bakıda çalışmasını istəyib.
Avqust ayından Türkiyə Azərbaycandakı səfirliyinə yeni dini müşavir təyin edəcək. M.Şahin isə Diyanət İşləri Başqanlığında (nazirlikdə) təyinat alacaq.
Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşavirliyindən Lent.az-a Müzəffər Şahinin səlahiyyət müddətinin başa çatması təsdiqlənib. Müşavirlikdən o da bildirilib ki, M.Şahin hazırda Türkiyədə məzuniyyətdədir. Onun yerinə yeni müşavirin təyin olunacağı dəqiq vaxt isə açıqlanmayıb.
Pərvin ABBASOV

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27