Eldar Sabiroğludan Ermənistan Müdafiə Nazirliyinə sərt cavab
09 iyul 2010 17:00 (UTC +04:00)

Eldar Sabiroğludan Ermənistan Müdafiə Nazirliyinə sərt cavab

“Son iki gündür Ermənistanın Müdafiə Nazirliyi mətbuat xidmətinin riyakar bir bəyanatı həmin ölkənin bütün informasiya agentliklərində, mətbuat vasitələrində geniş yer almaqdadır. İddia olunur ki, guya Azərbaycan gizir Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistana rəsmi müraciət etməyib. Erməni xislətinə yaxından bələd olduğuma görə buna qətiyyən təəccüb etmədim. Çünki göz-gözə durub da hər şeyi dana bilmək bacarığı mənəvi norma kimi onlar üçün adi bir şeydir”. Lent.az-ın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun yazılı açıqlamasında belə deyilir.

Açıqlamada vurğulanıb ki, Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilənlərin əksinə olaraq, gizir Mübariz İbrahimovun meyitinin qaytarılması üçün Azərbaycanın mövqeyi və tələbi beynəlxalq təşkilatlar vasitəsi ilə Ermənistana dəfələrlə çatdırılıb: “Buna baxmayaraq onlar bütün humanitar və adi insanlıq normalarının üzərindən acıq-aşkar xətt çəkərək qəddar qisasçılıq yolunu seçiblər. Həmin açıqlamada diqqətimi bir məqam daha çox özünə cəlb etdi. Mətbuat xidməti bildirir ki, ermənilər meyitlə, uşaqlarla, qadın və qocalarla döyüşmürlər. Necə də həyasız bir münasibət! Xocalıdakı qətliam zamanı uşaqları, qadın və qocaları güllələyib sonradan xəncərdən keçirən, qadınların döşünü kəsən, Ermənistanın Quqark rayonunda iki hamilə qadın da daxil olmaqla 17 azərbaycanlını diri-diri böyük bir borunun içərisinə salıb hər iki tərəfini lehimləyib qətlə yetirən görəsən kimlər olub? Onlarla belə misal çəkmək mümkündür. Bəlkə bu cinayətləri törədənlər və buna əmr verənlər Ermənistandan kənar qüvvələrdir?! Tarix heç nəyi unutmur...”

Açıqlamada o qeyd olunub ki, gizir Mübariz İbrahimov erməni silahlılarının hücumunun qarşısını almaq üçün döyüşə atılaraq düşmənə ağır zərbələr vurub, sonra da özü qəhrəmancasına həlak olub: “Lakin bu günə qədər onun cəsədi qaytarılmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar