Hindistan səfiri ermənilərin əməllərindən dəhşətə gəlib
09 iyul 2010 13:15 (UTC +04:00)

Hindistan səfiri ermənilərin əməllərindən dəhşətə gəlib

Hindistanın Azərbaycandakı səfiri Debnad Şou Qubada aşkarlanan kütləvi məzarlıqda olub


Səfirə ermənilərin azərbaycanlılara, yəhudilərə, ləzgilərə, tatlara və digər xalqlara qarşı törətdikləri soyqırım haqqında məlumat verilib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, səfir gördüklərindən dəhşətə gəldiyini dilə gətirib və ölkəsinə qayıtdıqdan sonra bu haqda məlumat verəcəyini deyib.

Qeyd edək ki, Qubada aşkar olunan kütləvi məzarlıqda qazıntı zamanı 400-dən çox insanın kəllə sümüyü aşkarlanıb. Burda qətlə yetirilənlərin 50-dən çoxunun uşaqlar, 100-dən çoxunun qadınlar, qalanlarının isə yaşlı kişilər olduğu müəyyənləşib. Ümumilikdə 1918-ci ildə erməni cəza dəstələri tərəfindən 36762 nəfər insan qətlə yetirilib. Quba rayon prokurorluğu tarixi faktlar və hadisənin canlı şahidlərinin ifadəsi əsasında soyqırıma məruz qalan 300-dən çox insanın adını müəyyən edə bilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551

Oxşar yazılar