MSK-nın seminar-treninqləri başa çatdı
08 iyul 2010 18:20 (UTC +04:00)

MSK-nın seminar-treninqləri başa çatdı

Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn parlament seçkiləri ilə bağlı Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirdiyi seminar-treninqi başa çatdırıb. Bu barədə Lent.az-a MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Şikayət və müraciətlərə baxılması ilə əlaqədar təşkil olunmuş bu tədbir MSK-nın aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində gerçəkləşdirilib. Tədbirdə dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri iştirak ediblər. İki gün davam edən tədbirdə treninqlər Mərkəzi Seçki Komissiyasının və Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri tərəfindən keçirilib.
# 329

Oxşar yazılar