Prezident İlham Əliyev Balakəndə olub
08 iyul 2010 14:30 (UTC +04:00)

Prezident İlham Əliyev Balakəndə olub

Azrbaycan prezidenti İlham Əliyevin ölkənin şimal-qərb bölgəsinə səfəri davam edir.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı səfər çərçivəsində günorta saatlarında Balakənə gəlib. O ilk öncə Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Dövlət başçısının məlumat verilib ki, abidənin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədi ilə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada, həmçinin respublikada analoqu olmayan buraz yolu inşa edilib, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılıb.

Daha sonra prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Açılışdan sonra dövlət başçısı müasir idman qurğusunun bölmələrini gəzib, idmançıların məşq prosesini izləyib. Hovuza, futbol stadionuna, açıq voleybol, tennis və mini futbol meydançalarına, kotteclərə baxan prezident yaradılan şəraiti yüksək qiymətləndirib.

Dövlət başçısı həmçinin Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb.
# 443

Oxşar yazılar