Parlament 14 iclasda 120 qanun və qərar qəbul edib
02 iyul 2010 18:30 (UTC +04:00)

Parlament 14 iclasda 120 qanun və qərar qəbul edib

Milli Məclisin yaz sessiyasında və növbədənkənar sessiyasında 14 iclas keçirilib, 120 qanun və qərar qəbul olunub.


Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova bu gün parlamentdə keçirilən mətbuat konfransında bildirib. O bildirib ki, yaz və növbədənkənar sessiyalar dövründə parlamentə 2691 təklif, müraciət və şikayət daxil olub. Bu dövr ərzində Milli Məclisdə 2861 vətəndaş qəbul olunub.


Ramiz Mikayıloğlu
# 334

Oxşar yazılar