Bahar Muradova: “Klintonun səfərini gözləyirik, amma səbirsizliklə yox”
02 iyul 2010 14:32 (UTC +04:00)

Bahar Muradova: “Klintonun səfərini gözləyirik, amma səbirsizliklə yox”

“Müxalifət kiminsə gəlişi ilə bağlı yox, Azərbaycanın maraqlarını əsas götürərək fəaliyyət göstərməlidir”


“ABŞ dövlət katibi Hillari Klintonun səfərini gözləyirik, amma o qədər də səbirsizliklə yox”.


Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib.

Bahar Muradova deyib ki, bu səfər Azərbaycan və ABŞ üçün əhəmiyyət kəsb edir və bir sıra mühüm məsələlər müzakirə olunacaq. O, ABŞ Konqresinin Dağlıq Qarabağda humanitar yardım adı altında 10 milyon dollar ayırması məsələsinin də görüşlərdə müzakirə olunacağını bildirib: “Bu maliyyə Qarabağda separatçı niyyətlər üçün istifadə edilə bilər. Digər tərəfdən, həqiqətən də bu maliyyə vəsaitləri humanitar məqsədlərlə ayrılırsa. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu yardımlar Azərbaycan üzərindən edilə bilər”.


Vitse-spiker Hillari Klintonun səfəri ərəfəsində icazəsiz kütləvi aksiyalara hazırlaşan Müsavat, AXCP və digər partiyalara da irad tutub: “Bu qüvvələr Hillari Klinton və digər xarici qonaqların səfərlərini səbirsizliklə gözləyir, hay-küy yaratsın. Bu, onlara əslində mənfi imic qazandırır. Müxalifət kiminsə gəlişi ilə bağlı yox, Azərbaycanın maraqlarını əsas götürərək fəaliyyət göstərməlidir”.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar