Azərbaycan Prezidentinin mətbuat katibi Belarusun kreditlə bağlı müraciətinə münasibət bildirdi
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun Trend agentliyinə şərhi
- Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko “Euronews” telekanalına müsahibəsində bildirib ki, Belarusun qaza görə Rusiyaya olan borcunun ödənilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyeva müraciət edib və bununla bağlı razılıq alıb. Bu barədə nə deyə bilərsiniz?
- İyun ayının 21-də Belarus Respublikasının Baş naziri S.Sidorski tərəfindən Azərbaycan Respublikası Baş naziri A.Rasi-zadəyə yaranmış vəziyyətlə bağlı Azərbaycanın Belarusa qısamüddətli kredit verməsi barədə müraciət edilmişdir.
Bununla bağlı Azərbaycan Respublikası Prezidentinə məruzə edilmiş, Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq vermişdir.
Azərbaycan tərəfindən Belarusa ayrılan kreditin həcmi 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilmişdir. Kreditlə bağlı bütün lazımı sənədlər imzalanmışdır.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07