Azərbaycan Ordusu 92 yaşında
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 92 il ötür.
Lent.az-ın məlumatına görə, 1918-ci il iyunun 26-da Gəncədə yerləşən Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib. General Əliağa Şıxlınskinin komandanlığı altında olan 600 nəfər atlı əsgərdən ibarət “Dikaya diviziya” adlanan alayın bazasında Azərbaycan Ordusu yaradılıb.
Azərbaycan ordusu 1918-1920-ci illərdə formalaşa-formalaşa Qafqaz İslam Ordusu ilə birgə Göyçay ətrafında bolşevik-daşnak hərbi birləşmələrinin darmadağın edilməsi, Bakının azad olunması, Muğanda bolşeviklərin separatçı hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynayıb. Azərbaycan ordusu 1920-ci ilin mart ayında Əsgəran döyüşündə erməniləri məğlubiyyətə uğradaraq Ermənistan silahlı birləşmələrini Qarabağ və Zəngəzurdan çıxarmağa nail olub.
Azərbaycan Ordusunun ikinci dəfə yaradılması dövlətin müstəqillik elan etməsindən 9 gün əvvəl – 1992-ci il oktyabr ayının 9-da baş tutub. 1991-1994-cü illərdə Azərbaycan Ordusu cəbhədə uğursuzluqlara baxmayaraq Ağdərə, Qubaldı, Laçın-Hocaz, Horadiz kimi uğurlu taktiki hücum əməliyyatlarını, Tərtərin və Beyləqanın müdafiəsini təşkil edib.
Hazırda Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarından ibarətdir. Cənubi Qafqazda ən müasir silah və texnikalara malik olmaqla yanaşı, ən çox şəxsi heyətə malik ölkə sayılan Azərbaycan Silahlı Qüvvələri son 4 ildə milli istehsal olan silah və sursatlarla da təchiz edilir.
Azərbaycan Silahlı Qüvvələrinin bu günə qədər 12 müdafiə naziri, 5 Baş Qərargah rəisi olub. Müdafiə nazirlərindən ikisi – Xosrov bəy Sultanov və Rəhim Qazıyev mülki şəxs, qalanları isə hərbçi olub.
Azərbaycanda Silahlı Qüvvələrin strukturuna daxil olmayan hərbi qurumlar da var. Bu siyahıya Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya, Ədliyyə Alayı daxildir.
Azərbaycan hərbçiləri ölkə daxilindən əlavə, Kosovo, İraq və Əfqanıstanda beynəlxalq missiyaların tərkibində sülhyaratma əməliyyatlarında iştirak edib. Hazırda Azərbaycanın 90-dan artıq hərbçisi Əfqanıstanda sülhyaratma missiyalarında iştirak edir.
Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Türkiyənin rolu böyük olub. Bu günədək Türkiyə Azərbaycan ordusuna 200 milyon dollardan artıq maddi-texniki yardım göstərib.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin zabit kadrlara tələbatı sırf milli imkanlar hesabına ödənilir. Azərbaycanın hərbi məktəblərində azərbaycanlılarla yanaşı, digər ölkələrdən də kursantlar təhsil alır.
Rəşad

658