Sərkisyan Almaniyada azərbaycanlıların etiraz aksiyası ilə üzləşdi
23 iyun 2010 12:00 (UTC +04:00)

Sərkisyan Almaniyada azərbaycanlıların etiraz aksiyası ilə üzləşdi

“Terrorçu Sərkisyan!”, “Ermənistan, Qarabağdan çıx!”, “Qarabağ türkdür, türk qalacaq!” şüarları səsləndirilib

Almaniyada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan bu gün Konrad Adenauer Dərnəyi tərəfindən təşkil edilən toplantıda “Cənubi Qafqazda təhlükəsizlik və proseslərdə Ermənistanın rolu” mövzusunda çıxış edib.

Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Serj Sərkisyan Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması imkanını real saymadığını, çünki Türkiyənin bunu istəmədiyini iddia edib.

Ermənistan prezidenti onu da iddia edib ki, Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyirlər, ancaq azərbaycanlı köçkünlər problem çözülmədən Dağlıq Qarabağa dönərsə, bu, etnik savaşa yol açar.

Almaniyada sərsəmləyən Serj Sərkisyanın qanını isə toplantının izləyiciləri arasında olan bir azərbaycanlı gənci qaraldıb. Azərbaycanlı gənc deyib ki, Dağlıq Qarabağda onun anadan olduğu rayon 1992-ci ildən erməni işğalı altındadır. “Zaman” qəzeti gəncin sözlərindən sitat da verib: “Kəndimdə işğala nə zaman son verəcəksiniz?”
Serj Sərkisyan isə həyasızcasına işğalçıların Azərbaycan hərbi qüvvələri olduğunu iddia edib. Ermənistan prezidenti üçün xoş olmayan növbəti olay isə Konrad Adenauer Dərnəyinin binası önündə baş verib. “Zaman” qəzeti yazır ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına və Xocalı qətliamına etiraz edən bir qrup azərbaycanlı Serj Sərkisyan binadan çıxan zaman “Terrorçu Sərkisyan!”, “Ermənistan, Qarabağdan çıx!”, “Qarabağ türkdür, türk qalacaq!” şüarları səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar