ATƏT sədri Qarabağda baş verən insidentdən narahatdır
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi və xarici işlər naziri Kanat Saudabayev Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində iyunun 18-dən 19-na keçən gecə ölümlə nəticələnmiş insidentlə bağlı öz ciddi narahatlığını ifadə edib və gələcəkdə buna bənzər hadisələrin qarşısını almaq üçün tərəfləri müəyyən ölçülər götürməyə çağırıb.
APA-nın ATƏT-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Saudabayev
bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll ilə bağlı danışıqları davam etdirməkdən başqa alternativ yoxdur: “Gələcəkdə buna bənzər hadisələrin qarşısını almaq üçün daha təsirli addımlar atmaq lazımdır. Mən Minsk Qrupu çərçivəsində danışıqların konstruktiv dialoq səviyyəsinə çatdırılması istiqamətində göstərilən səylərə qeyri-şərhsiz dəstək verirəm. Mən öz şəxsi nümayəndəmi, səfir Anjey Kasprşiki həlli uzadılmış münaqişənin sülh yolu ilə həll olunması yollarını tapmaq üçün Minsk Qrupu həmsədrləri ilə yaxından işləmək üçün təlimatlandırmışam”.
Qeyd edək ki, Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin yaydığı məlumata görə, təmas xəttinin şimal hissəsində iyunun 18-dən 19-na keçən gecə hər iki tərəfdən itkilərlə nəticələnmiş silahlı insident baş verib.

Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13