AŞPA prezidenti: “Azərbaycanda etnik xalqların mədəniyyətinə hörmətlə yanaşılır”
Bu gün Avropa Şurasında Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərginin açılış mərasimi keçirilib.
APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, mərasimdə çıxış edən AŞPA prezidenti Mövlud Çavuşoğlu bu sərginin Azərbaycanın müxtəlif mədəniyyətlərə malik olmasının göstəricisi olduğunu bildirib: “Bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini, mədəni müxtəlifliyini, Azərbaycanda yaşayan digər xalqların müxtəlifliyini göstərir. Azərbaycan xalqı ölkədə yaşayan bütün etnik xalqların mədəniyyətinə hörmətlə yanaşır. Bu ölkədə keçmişdən üç din olub; zərdüşlük, xristianlıq və islam. Burada mədəniyyətlərarası və dinlərarası harmoniya daima mövcud olub. Bunlar həmçinin Avropa Şurasının da dəyərləridir. Avropada müxtəlif dinlər və mədəniyyətlər var və bu dəyərlər bizi bir yerə yığır. Uğur qazanmağımızın əsas açarı müxtəliflikdə bir olmaqdır və biz də bunu bu sərgidə görə bilərik”.
Qeyd edək ki, üç gün davam edəcək sərginin rəsmi açılış mərasimi bu gün AŞ-nın əsas binasında baş tutub. Açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, AŞPA prezidenti Mövlud Çavuşoğlu, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış ediblər. Sərgidə nümayiş etdirilən 50-dən çox eksponat, əsasən Azərbaycan Dövlət Gömrük Komitəsinin muzeyindən gətirilib. Eksponatların bir hissəsi Azərbaycan gömrüyü tərəfindən müsadirə edilmiş əntiq və tarixi əşyalardır. Sərginin məqsədi Azərbaycanda mədəni irsə və mədəni müxtəlifliyə verilən diqqət və qayğının və Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi siyasəti AŞ-də tanıtmaqdır.

490