Baş Prokurorluğun strukturunda dəyişikliklər edildi
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Məlumata görə, şöbə ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması, eyni zamanda Ağır cinayətlərə dair işlər üzrə Məhkəmədə cinayət işlərinə baxılmasında prokurorların iştirakının səmərəliliyinin artırılması məqsədilə Baş Prokurorluq üzrə müvafiq əmrlə yaradılıb.
Baş Prokurorluq üzrə digər əmrlə Mircavan Rza oğlu Kazımov həmin şöbəyə rəis vəzifəsinə təyin edilib.
M.Kazımov 1986-cı ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2007-ci ildən etibarən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb. Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Pərvin ABBASOV

692