Prezident hərbi xidmətə çağırışla bağlı fərman imzaladı
09 iyun 2010 19:00 (UTC +04:00)

Prezident hərbi xidmətə çağırışla bağlı fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Prezidentin mətbuat xidmətindən Lent.za verilən məlumata görə, sərəncamda qeyd olunur ki, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu il iyulun 1-dən 30-dək hərbi xidmətə çağırılsınlar.

Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2010-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar